“Finca Azərbaycan” təşkilatı universal bank lisenziyası ala bilər

“Finca Azərbaycan” təşkilatı universal bank lisenziyası ala bilər
# 20 iyul 2012 09:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “Finca Azərbaycan” bank olmayan kredit təşkilatı yaxın bir il ərzində universal bank lisenziyası ala bilər.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərlə görüşündə təşkilatın Azərbaycan üzrə direktoru Maniş Sane bildirib.

Onun sözlərinə görə, transformasiya istiqamətində Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparılır: “Yaxın bir ildə bu sahədə ciddi dəyişikliklər olacaq”.

M.Sane qeyd edib ki, təşkilatın səhmdar kapitalında Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı müəyyən paya sahib olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR