Bakı. Türbət Bağırova - APA. “Qarabağ münaqişəsi Gürcüstan və bütövlükdə regiona təsir etmək potensialı olduğu üçün xüsusilə təhlükəlidir”.
APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Layhu jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Şimali Atlantika Alyansı artıq vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatlığını ifadə edib: “Münaqişə baş verdiyi zaman təkcə münaqişəyə cəlb olunan tərəflərə deyil, həm də bütün ətrafdakılara təsir edir”.
U. Lahyu NATO-nun Minsk formatında danışıqları və regionda sülhü dəstəklədiyini vurğulayıb.