Bank Of Baku

Venesiya Komissiyasının katibi MSK sədri Məzahir Pənahovla görüşüb

Venesiya Komissiyasının katibi MSK sədri Məzahir Pənahovla görüşüb
# 14 iyul 2008 13:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio və qurumun seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Pənahov prezident seçkilərinə hazırlıq çərçivəsində seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin, seçicilərin maarifləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü deyib. C. Bukikkio isə Azərbaycanın seçki institutları ilə əməkdaşlıqdan razı qaldıqlarını və bu sahədə əlaqələrin genişlənməsində maraqlı olduqlarını bildirib. O, prezident seçkilərinin demokratik şəraitdə keçiriləcəyinə əmin olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR