Bank Of Baku

Arif Babayev: “Rəsmi Yerevan informasiya müharibəsində Azərbaycanın hücum taktikasının qələbəsini etiraf edir”

Arif Babayev: “Rəsmi Yerevan informasiya müharibəsində Azərbaycanın hücum taktikasının qələbəsini etiraf edir”
# 14 iyul 2008 15:15 (UTC +04:00)
- Açığı, bu məlumat bizi təəccübləndirmir. Fikrimcə, bu Ermənistan tərəfindən dövlət səviyyəsində Azərbaycana qarşı yeridilən siyasətin, o cümlədən informasiya təcavüzünün konseptual-əməli mahiyyətinin tam məntiqi ilə özünü büruzə verməsidir. Eyni zamanda, bunu Ermənistanın yalan, şər və böhtan üzərində qurulmuş informasiya təcavüzünə əks olaraq Azərbaycanın həqiqətdən, reallıqdan yoğurulmuş hücum taktikasının qələbəsi qarşısında rəsmi Yerevanın etirafı kimi qiymətləndiririk.

Müstəqilliyini bərpa etdikdən sonra Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyalarının planlaşdırıldığı və həyata keçirildiyi əməliyyat-istintaq və məhkəmə qaydasında sübuta yetirilib. Belə ki, Ermənistanın ölkəmizə qarşı yeritdiyi dövlət terrorçuluğu və təcavüzkar separatçılıq siyasəti nəticəsində Azərbaycanda onlarla terror aktı törədilib, minlərlə vətəndaşımız həlak olub və yaralanıb.

Belə faktlardan - Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın ərazilərinin işğal olunması üçün dinc əhali arasında vahimə yaratmaq, strateji infrastrukturları iflic etmək məqsədilə çoxlu sayda, o cümlədən dəmir yollarında, dəniz nəqliyyatında, Bakı Metropolitenində və digər dövlət əhəmiyyətli obyektlərdə törədilən terror aktlarını göstərmək olar. Həmin aktların konkret təşkilatçılarının terrorda iştiraklarının dəlil və faktlarla sübuta yetirilməsinə, eləcə də bəzilərinin törətdikləri cinayət əməllərinə görə hətta həbs olunmalarına baxmayaraq, əgər indiyədək Ermənistan xüsusi xidmət orqanlarında fəaliyyət göstərirlərsə, bu həmin orqanların əsas missiyasının nədən ibarət olduğunu bir daha tam çılpaqlığı ilə açıq-aydın göstərmirmi?
- Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə düşmən ölkənin müvafiq strukturlarının anti-Azərbaycan fəaliyyətinə qarşı hansı tədbirlər görür?
- Ümumiyyətlə, Azərbaycanın milli maraqlarına və mənafelərinə qarşı yönələn mümkün təhdidlərin qarşısının alınması üçün digər aidiyyatı dövlət qurumları ilə yanaşı, milli təhlükəsizlik orqanları tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün zəruri qabaqlayıcı tədbirlər görülür və bu fəaliyyət bir an belə səngimir.
Azərbaycan xalqının və dövlətinin maraqlarının və mənafelərinin etibarlı qorunması üzrə ölkənin daxili və xarici siyasətinin formalaşdırılmasına və həyata keçirilməsinə birbaşa Prezident, Ali Baş Komandan cənab İlham Əliyev rəhbərlik edir. Bu strategiyanın uğurla həyata keçirilməsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Cənab Prezidentin Dağlıq Qarabağ məsələsində daim hücumda olmaq tövsiyəsinə uyğun olaraq, digər adiyyatı dövlət orqanları ilə yanaşı, qanunla müəyyən edilmiş qaydada Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq fəaliyyət aparılır, informasiya mübarizəsi, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması sahəsində MTN öz səlahiyyətləri çərçivəsində hücum və ardıcıllıq taktikası üzrə uzun müddətə hesablanmış kompleks tədbirlər həyata keçirilir.
Bununla yanaşı, biz, bütün vətəndaşlarımız, hamımız bir an belə ayıq-sayıqlığımızı itirməməliyik. Çünki tarix özü şahiddir ki, düşmənlərimiz nə qədər məkrlidirlər və bunu heç vaxt unutmamalıyıq. Bu baxımdan, torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın güclü, ən yüksək inkişaf etmiş dövlətə çevrilməsi naminə prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR