Bank Of Baku

Səfər Əbiyev Pakistanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Səfər Əbiyev Pakistanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
# 04 avqust 2008 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əbdül Həmidi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı təyinatı münasibətilə təbrik edən S. Əbiyev Azərbaycanla Pakistan arasında bütün sahələrdəki əlaqələrdən danışıb. Nazir regionda mövcud olan mürəkkəb vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ləngidən məsələləri qonağın diqqətinə çatdırıb. S. Əbiyev deyib ki, problem dinc yolla həll edilməsə, Azərbaycan torpaqlarını işğaldan azad etməyin başqa yollarını seçə bilər: “Biz heç vaxt Ermənistanın təcavüzkarlığını davam etdirməsinə imkan verməyəcəyik”.
Səfir öz növbəsində Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələr sırasında Pakistanın olduğunu qeyd edib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR