Azərbaycan müxalifəti geniş koalisiya yaratmaq barədə düşünür
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, seçki prosesində Seçki Məcəlləsinə uyğun bütün mümkün addımlar atılacaq: “Biz müşahidə missiyasının həyata keçirilməsi, əks-təbliğat kampaniyasının aparılması çərçivəsində kütləvi aksiyaların keçirilməsi və digər bu kimi tədbirləri həyata keçirəcəyik. Kampaniya müddətində əhalini fəallaşdırmağa da çalışacağıq”. A. Hacılı əməkdaşlıqla bağlı hələlik digər müxalifət partiyaları ilə danışıqların aparılmadığını da qeyd edib: “Müsavat və “Azadlıq” bloku arasında əməkdaşlığa mane olan amillərdən biri məhz seçki ilə bağlı fərqli mövqe idi. Hətta Müsavatın iştirak edəcəyi halda belə, biz əməkdaşlığın mümkün olduğunu bildirsək də, blokda təmsil olunanlar bunun mümkünsüzlüyünü qeyd edirdilər. Artıq bu maneə aradan qalxıb və düşünürəm ki, səslənən çağırışlar arxasında real siyasi mövqe dayanırsa, əməkdaşlıq mümkündür”. A. Hacılı bəzi beynəlxalq təşkilatların müzakirələr aparmaq üçün artıq Müsavat Partiyasına müraciət etdiyini bildirib: “Bundan sonra beynəlxalq təşkilatlarla əlaqələrin necə qurulacağı ilə bağlı mövqe aydınlaşacaq”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə ölkədə yeni situasiyanın yarandığını, buna görə də tələsik addım atmağın əleyhinə olduğunu qeyd edib. Onun sözlərinə görə, yeni situasiya bütün tərəflər tərəfindən dəyərləndirilməlidir: “Bəzən siyasi reallığın aydınlaşmasını gözləmədən addımlar atırıq ki, bu da çox vaxt ümumi işə xeyir vermir. Ona görə də prosesin tam durulmasını gözləmək lazımdır. Artıq müəyyən durulma var və bunu yenidən bulandırmağa ehtiyac yoxdur. Çünki bulanıq suda balıq tutmaq istəyənlər yenə də olacaq. Biz hələ ABŞ, ATƏT və Avropa Şurasının mövqeyini bilmirik. Bizim qərarların müəyyən dairələrə çatmadığı bir vaxtda atılacaq addımlar effekt verməyəcək”.
Seçkilərdə iştirak etmək qərarı vermiş Ümid Partiyasının sədri İqbal Ağazadə isə digər partiyaların qərarını təftiş etmək niyyətində deyil: “Bütün partiyalar qərar qəbul edərkən öz resurslarını, imkanlarını, demokratiyaya hansı xeyir verəcəklərini hesablayıblar. Həmin insanların cəmiyyət qarşısında xidmətləri və müəyyən qədər elektoratları var. Hesab edirlər ki, bu daha doğru addımdır. Düşünürəm ki, müxalifət bu istiqamətdə hansısa addımlar atıb birlik formalaşdıra bilər. Həmçinin, həmin partiyalar seçkini təkcə boykot etməməli, tərəfdarlarının seçkinin müşahidə edilməsində aktiv iştirakını təmin etməlidir”.
Daxili siyasət
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib