Bank Of Baku

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı iki namizədin müraciətini qəbul edib

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı iki namizədin müraciətini qəbul edib
# 04 avqust 2008 11:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) bu il oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı 2 namizədin müraciətini qəbul edib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, avqustun 2-də Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq olunması ilə bağlı sənədləri quruma təqdim edib. Həmin gün “Ümid” Partiyası da partiyanın sədri İqbal Ağazadənin namizədliyinin təsdiq olunması üçün sənədləri MSK-ya verib. Qurum Seçki Məcəlləsinin 54.9-cu maddəsinin tələblərinə uyğun olaraq, təqdim edilmiş sənədlərə 5 gün müddətində baxacaq, irəli sürülmüş namizədlərin təsdiq olunub-olunmaması barədə qərar qəbul edəcək, siyasi partiyanın səlahiyyətli nümayəndəsi bu barədə məlumatlandırılacaq.
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin namizədliyinin qeydə alınması üçün lazım olan sənədlər də partiya tərəfindən bu gün MSK-ya göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR