Bank Of Baku

Avqustun 8-də AMİP-in Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiasına baxılacaq

Avqustun 8-də AMİP-in Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiasına baxılacaq
# 04 avqust 2008 11:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avqustun 8-də Səbayel rayon Məhkəməsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddiaya baxılacaq. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında şəhər rəhbərliyinin partiyaya kütləvi tədbirlər keçirmək üçün yer ayırmamasına hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti AMİP-ə mitinqlər üçün yer vermədiyi üçün partiya ötən il Səbayel rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin olunmamışdı. İddiaya sonuncu məhkəmə instansiyası – Ali Məhkəmədə baxılıb və məsələyə yenidən baxılması üçün rayon məhkəməsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR