Bank Of Baku

Eldar Namazov prezident seçkilərində iştirak edib-etməməklə bağlı yekun qərar qəbul edə bilməyib

Eldar Namazov prezident seçkilərində iştirak edib-etməməklə bağlı yekun qərar qəbul edə bilməyib
# 04 avqust 2008 13:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak edib-etməməklə bağlı yekun qərar qəbul edə bilməyib. E. Namazov APA-ya açıqlamasında bildirib ki, seçki kampaniyasında iştirak edəcək, imza toplayacaq şəxslərlə bu gün müzakirə apararaq yaranmış vəziyyəti qiymətləndirib. Namizədliyin irəli sürülməsi üçün avqustun 10-na qədər vaxt olduğunu deyən E. Namazov yekun qərarı ən geci avqustun 9-da qəbul edəcəyini bildirib: “Biz tələsik qərar qəbul etmək fikrində deyilik. Bütün məqamları analiz etdikdən sonra yekun qərarımızı qəbul edəcəyik”.
Qeyd edək ki, E. Namazovun seçkidə iştirak edib-etməməklə bağlı yekun qərarı bu gün verəcəyi gözlənilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR