Bank Of Baku

Azərbaycan kommunistləri Rusiyanın Cənubi Osetiya və Abxaziya məsələsində tutduğu mövqeni dəstəkləyirlər

Azərbaycan kommunistləri Rusiyanın Cənubi Osetiya və Abxaziya məsələsində tutduğu mövqeni dəstəkləyirlər
# 29 avqust 2008 12:48 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası (leninizm-marksizim platformasında) Mərkəzi Komitəsinin I katibi Telman Nurullayev APA-ya bildirib ki, Cənubi Osetiya və Abxaziya heç vaxt gürcü dövlətinin tabeçiliyində olmayıb: “SSRİ dövründə Stalinə görə Osetiyanın cənub hissəsi, Abxaziya isə bütövlüklə Gürcüstana birləşdirildi. SSRİ dağıldıqdan sonra isə hər iki qurum Gürcüstan dövlətinin tərkibində olmaqdan imtina etdi”.

O bu məsələnin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir oxşarlığı olmadığını da qeyd edib: “Biz hər cür təcavüzün əleyhinəyik. Rusiyanın burjua diplomatiyasını təqdir etmirəm, amma Gürcüstan bu problemi təcavüzlə həll etməməli idi. Biz Rusiyanın hərəkətlərini Cənubi Osetiya və Abxaziya xalqlarını qoruması kimi qəbul edirik”.

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Ələsgər Xəlilov da Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasına müsbət baxdığını söyləyib: “Cənubi Osetiyada Gürcüstan tərəfindən qırğın törədilib. Rusiya isə bunun qarşısını alıb. Gürcülərlə həmin xalqların dövlətçilik tarixi fərqlidir”.

Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) sədri Musa Tükanov isə baş verənlərdə ABŞ-ı ittiham edib: “ABŞ və qərb dövlətləri Kosovanı tanımaqla dünyada yeni qaydaya imza atdı. Rusiya imperialist dövlət olsa da, baş verənlərin günahı qərbdədir. Hərbi əməliyyatlara ilk olaraq Gürcüstan başlayıb. Necə olur ki, SSRİ-nin tərkibində olan Azərbaycanda Sovet ordusu tərəfindən qırğın törətməsini pisləyirik, Gürcüstan ordusunun Cənubi Osetiyaya girməsini yox. Bunu qəbul etmirəm. Gürcüstan Cənubi Osetiyada hərbi əməliyyatlara başlaması düzgün deyildi. Mixail Saakaşvili uşaqlıq etdi. Rusiya isə qırğının qarşısını almaq üçün qoşununu həmin əraziyə yerləşdirdi. Bu vəziyyətdə Rusiya Cənubi Osetiyaya dəstək verməsəydi, dünyada hörmətdən düşərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR