Bank Of Baku

İqbal Ağazadə Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb

İqbal Ağazadə Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb
# 29 avqust 2008 19:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyasının sədri İqbal Ağazadə bu gün Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin rəhbəri Ceyk Consla görüşüb. Partiyanın mətbuat xidmiətindən APA-ya daxil olan məlumata görə, görüşdə C. Cons Ümid Partiyasının seçki prosesinə münasibəti, seçki prosesində nəzərdə tutulan tədbirlər, birinci mərhələnin yekunları, imzatoplama kampaniyası ilə maraqlanıb.

İ. Ağazadə Ümid Partiyasının seçki prosesində atacağı addımlar barədə məlumat verib. C. Cons seçki təbliğatı dönəmində rəhbərlik etdiyi təşkilatın kampaniya təcrübəsinin Ümid Partiyası Seçki Qərargahı üzvləri ilə bölüşdürülməsi, müxtəlif treyninq və seminarların keçirilməsi və partiyanın gələcək siyasi fəaliyyət planları ilə bağlı təkliflərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR