Bank Of Baku

Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 01 sentyabr 2008 07:26 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 31-də saat 18.40-dan 19.45-dək, fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli və Ağdam kəndləri ərazisində yerləşən mövqelərini, avqustun 31-də saat 15.30-dan 15.35-dək və sentyabrın 01-də saat 01.55-dən 02.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR