Bank Of Baku

NATO ilə Azərbaycan arasında imzalanan fərdi proqrama uyğun olaraq tədbirlər keçiriləcək

NATO ilə Azərbaycan arasında imzalanan fərdi proqrama uyğun olaraq tədbirlər keçiriləcək
# 01 sentyabr 2008 08:01 (UTC +04:00)
Bakı-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, sentyabrın 8-dən noyabrın 28-dək «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində Macarıstanın Budapeşt şəhərində hərbi ingilis dili kursu keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Sentyabrın 9-da isə İtaliyanın Neapol şəhərində «Jooperative Arjer 2009» təliminin İlkin Planlaşdırma Konfransı başlayacaq. 10-12 sentyabrda isə Bakıda Qərargah zabitləri üçün tanışlıq kursu baş tutacaq. Bundan başqa, sentyabrın 3-dən 19-dək Almaniyanın Qarmiş şəhərində Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzində «Sabitlik, təhlükəsizlik, keçid dövrü və yenidənqurma proqramı» üzrə seminar, sentyabrın 3-dən noyabrın 14-dək Slovakiyanın Liptovski Mikulaş şəhərində Beynəlxalq Qərargah Zabitləri kursu keçiriləcək. Gürcüstanın Tiflis isə STANAG testinin tərtibatına həsr olunmuş seminar sentyabrın 10-dan 12-dək davam edəcək. Sentyabrın 8-dən 12-dək Qırğızıstanın Bişkek şəhərində EPRİME təlim kursu baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR