Bank Of Baku

Nurəddin Məmmədli: “Bəzi partiyalar “Azadlıq” blokunun fəaliyyətinin dayandırılması şərtini irəli sürüb”

Nurəddin Məmmədli: “Bəzi partiyalar “Azadlıq” blokunun fəaliyyətinin dayandırılması şərtini irəli sürüb”
# 01 sentyabr 2008 08:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifət partiyalarının əməkdaşlıq mərkəzində iştirak edən bəzi partiyalar “Azadlıq” blokunun fəaliyyətinin dayandırılması ilə bağlı təklif irəli sürürdülər. Lakin biz bu təklifləri qətiyyətlə rədd etdik”. Bunu APA-ya açıqlamasında blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli deyib.

Onun sözlərinə görə, danışıqda iştirak edən partiyalar “Azadlıq” blokunun fəaliyyətinin dayandırılması və real gücə malik olan və müxalifət mövqeyində duran partiyaların koalisiyasının yaradılmasını təklif ediblər: “Biz düzgün olaraq bu təklifləri qəbul etmədik. “Azadlıq” bloku əməkdaşlıq mərkəzinə blok şəklində daxil olur. Blok faktiki olaraq vahid təşkilat kimi fəaliyyət göstərir. Gələcəkdə də heç bir səbəbdən asılı olmayaraq, blok öz fəaliyyətini davam etdirəcək. “Azadlıq” bloku fəaliyyətini dayandırmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR