Bank Of Baku

Fazil Qəzənfəroğlu imza vərəqələrini MSK-ya təqdim edib

Fazil Qəzənfəroğlu imza vərəqələrini MSK-ya təqdim edib
# 01 sentyabr 2008 14:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Böyük Quruluş Partiyasının (BQP) sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlunun imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Partiyadan APA-ya verilən məlumata görə, MSK-dan götürülən 1.000 ədəd imza vərəqindən 881-i doldurulub. İmzaların sayı isə 44.044 olub. İmzatoplama kampaniyası 91 seçki dairəsini əhatə edib.

Qeyd edək ki, prezidentliyə namizədliyi irəli sürülənlərdən İlham Əliyev və İqbal Ağazadənin namizədliyi artıq qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR