Bank Of Baku

YAP funksioneri: “Partiyanın prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına hazırlıq səviyyəsi çox yüksəkdir”

YAP funksioneri: “Partiyanın prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına hazırlıq səviyyəsi çox yüksəkdir”
# 01 sentyabr 2008 14:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Azərbaycan Partiyasının prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına hazırlıq səviyyəsi çox yüksəkdir. Bütün rayonlarda və şəhərlərdə yerli təşkilatların nəzdində seçki qərargahları yaradılıb”. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, seçki qərargahlarında təbliğat-təşviqat kampaniyası ilə bağlı bütün hazırlıqlar görülüb.

Millət vəkili böyük tədbirlərin qrafikinin hazırlandığını, bu tədbirlərdə partiyanın prezidentliyə namizədinin vəkilləri, səlahiyyətli nümayəndələrinin iştirakının nəzərdə tutulduğunu qeyd edib. M. Qurbanlı təbliğat kampaniyasında dünyanın ən müasir texnologiyalarından istifadə ediləcəyini də bildirib.

Kampaniya zamanı YAP-ın bundan əvvəl geniş istifadə etdiyi konsert proqramlarından imtina edəcəyi ilə bağlı məlumatlara gəldikdə, M. Qurbanlı buna konkret cavab verməyib: “Təbliğat kampaniyasında dünya təcrübəsində istifadə olunan bütün yeniliklərdən istifadə edəcəyik. Hər bir yerdə şəraitə uyğun tədbirlər keçiriləcək. Biz hansı təbliğat formasından və necə istifadə edəcəyimizi zamanında göstərəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR