Bank Of Baku

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “Azərbaycan-2008” milli sərgisinin açılışı olub

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “Azərbaycan-2008” milli sərgisinin açılışı olub
# 02 sentyabr 2008 12:21 (UTC +04:00)
Sənaye və Ticarət Palatasının təşkil etdiyi sərgidə 185 yerli müəssisənin məhsulları təqdim olunub. Məssisələrin 11-i dövlət, qalanları isə qeyri-dövlət sektoruna aiddir. Sərgidə Kənd Təsərrüfatı, Vergilər, Səhiyyə, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, milli aviasiya, yanacaq, energetika, tikinti kompleksi ilə yanaşı, Naxçıvan, Aran, Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Gəncə-Qazax, Abşeron, Şəki-Zaqatala iqtisadi rayonları üzrə pavilyonlar yaradılıb.

Guşələrlə tanış olan prezident İ. Əliyevə ayrı-ayrı istehsal sahələrinin fəaliyyəti, iqtisadi göstəriciləri və 2003-2008-ci illər ərzində bütün sahələr üzrə görülən işlər barədə məlumat verilib. Dövlət başçısı Azərbaycanda müasir texnologiyalar əsasında məhsul istehsalını yüksək qiymətləndirib.

Sərgi sentyabrın 6-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR