Bank Of Baku

QAT üzvləri BMT və ATƏT-in Azərbaycandakı nümayəndəliklərində olublar

QAT üzvləri BMT və ATƏT-in Azərbaycandakı nümayəndəliklərində olublar
# 02 sentyabr 2008 13:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə Heyətinin üzvləri BMT-nin və ATƏT-in Azərbaycandakı nümayəndəliklərində olublar. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın ləğv edilməsi ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətsizliyinə etiraz bildirilib və qurumun mövqeyini həmin təşkilatlara təqdim edilib. Beynəlxalq təşkilatlara təqdim olunan sənəddə bildirilib ki, Cənubi Qafqazda baş verən son hadisələr beynəlxalq təşkilatların qondarma və separatçı rejimlərə qarşı daha sərt və qətiyyətli mövqe tutmasını diktə edir: “Beynəlxalq təşkilatlar bu hadisələrdən nəticələr çıxarmalı, bütün separatçı qurumlara, o cümlədən işğalçı Ermənistanın Azərbaycanın zəbt olunan ərazilərində yaratdığı qondarma rejimə qarşı qətiyyətli mövqe tutmalı, onların ləğv olunması üçün konkret addımlar atmalıdır. Qarabağ Azadlıq Təşkilatı Minsk qrupunun buraxılmasını, Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını, Dağlıq Qarabağdakı separatçı və qondarma qurumun ləğv edilməsi üçün konkret addımların atılmasını tələb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR