Bank Of Baku

Oruc Zalov: “Jurnalistlərə qarşı qeyri-qanuni hərəkətlərə yol verən bütün polis əməkdaşları cəzalandırılıb”

Oruc Zalov: “Jurnalistlərə qarşı qeyri-qanuni hərəkətlərə yol verən bütün polis əməkdaşları cəzalandırılıb”
# 03 sentyabr 2008 10:31 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Jurnalistlərə qarşı qeyri-qanuni hərəkətlərə yol verən bütün polis əməkdaşları cəzalandırılıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə daxili işlər nazirinin müavini Oruc Zalov verib. Onun sözlərinə görə, ötən üç il ərzində bu məsələlərlə bağlı 19 polis əməkdaşına qarşı cinayət işi başlanıb, 40 əməkdaş isə daxili işlər orqanlarından xaric olunub: “Biz bu tədbirləri kiminsə təzyiqi altında yox, öz təşəbbüsümüzlə görmüşük. Hazırda polis əməkdaşlarının müxtəlif kütləvi aksiyalarda rəftarı ilə bağlı maarifləndirmə işi aparılır. Bu iş əsasən ATƏT-lə əməkdaşlıq çərçivəsində həyata keçirilir”. Oruz Zalov bildirib ki, Daxili İşlər Nazirliyinin 300-dək əməkdaşı xarici ölkələrdə olub, kütləvi aksiyalarda işlə əlaqədar təcrübə keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR