Bank Of Baku

Ötən ay DSX əməkdaşları axtarışda olan 75 nəfəri saxlayıblar

Ötən ay DSX əməkdaşları axtarışda olan 75 nəfəri saxlayıblar
# 03 sentyabr 2008 12:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2008-ci ilin avqust ayı ərzində Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 26 sərhəd pozucusu saxlanılıb. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, tutulan sərhəd pozucularının 11-i Azərbaycan, 6-sı İran, 6-sı Pakistan, 2-si Gürcüstan, 1-i Cənubi Koreya vətəndaşlarıdır.

Bu müddətdə vizası olmadığı üçün 190 nəfər (62 İran, 47 Türkiyə, 11 Filippin, 8 Azərbaycan, 6 Fransa, 6 Hindistan, 5 nəfər ABŞ, hər ölkədən 4 nəfər olmaqla Tacikistan və Birləşmiş Ərəb Əmirlikləri, hər ölkədən 3 nəfər olmaqla Çin, Ekvador, İsrail, Kamerun, Malayziya, hər ölkədən 2 nəfər olmaqla Şimali Kipr, Nigeriya, Sudan, Tayland, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Livan, Madaqaskar, Rusiya, Suriya, Səudiyyə Ərəbistanı, Uqanda, Ukrayna, Yuqoslaviya, Almaniya, Böyük Britaniya, İordaniya vətəndaşları və 2 nəfər vətəndaşlığı olmayan şəxs), vizalarının müddəti qurtardığı üçün 68 nəfər (23 nəfər İran, 9 nəfər Türkiyə, 5 İsrail, 4 Böyük Britaniya, hər ölkədən 2 nəfər olmaqla Almaniya, İrlandiya, İsveç, Livan, Türkmənistan, hər ölkədən 1 nəfər olmaqla ABŞ, Azərbaycan, Fransa, Hindistan, Kanada, Cənubi Koreya, Misir, Monqolustan, Pakistan, Səudiyyə Ərəbistanı vətəndaşları və 7 vətəndaşlığı olmayan şəxs), müvafiq sənədləri olmadığına görə 37 nəfər (21 Azərbaycan, 7 İran, 4 Rusiya, hər ölkədən 1 nəfər olmaqla Avstriya, Gürcüstan, Cənubi Koreya, Qırğızıstan və Türkiyə vətəndaşı) saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. DSX əməkdaşları həmçinin axtarışda olan 75 nəfəri saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Ötən ay narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 34,160 kiloqram narkotik maddə aşkar edilərək götürülüb. Bundan əlavə, 1 hektar sahədən ümumi çəkisi 2 ton 350 kq olan 9 min 300 ədəd yabanı halda bitən çətənə kolu yığılaraq məhv edilib. Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsinə 43 halda ümumi dəyəri təxminən 143 min 848 manat olan qaçaqmal, o cümlədən 17 ədəd pnevmatik tapança, 200 ədəd patron, 13 ədəd ov tüfəngi, 2500 ədəd ov tüfəngi gilizi, 217 ədəd tüfəng patronu, 1 ədəd durbin, 7200 qutu siqaret, xeyli miqdarda spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR