Bank Of Baku

Akif Şahbazov: “Müxalifətin əməkdaşlıq mərkəzinə qoşulmaq barədə konkret mövqeyimiz yoxdur”

Akif Şahbazov: “Müxalifətin əməkdaşlıq mərkəzinə qoşulmaq barədə konkret mövqeyimiz yoxdur”
# 03 sentyabr 2008 12:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifətin yeni yaradılacaq əməkdaşlıq mərkəzinin yaradılması zamanı bu düşərgənin birgə mübarizəsinin təşkil, yol verilmiş nöqsanların təhlil edilib nəticə çıxarılması istiqamətində müzakirələr aparılacaqsa, biz bu məsələdə hətta təşəbbüskar mövqedə dayanacağıq. Amma indiki halda bu mərkəzə qoşulmaq məsələsində konkret mövqeyimiz yoxdur”. Bu fikirləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. Onun sözlərinə görə, ACP əməkdaşlıq mərkəzinin yaradılması məsələsində əks mövqedə dayanmır: “Biz hər hansı şərt irəli sürmürük. Biz birliyin yaranmasında maraqlıyıq və digər qüvvələr də maraqlı olmalıdır ki, müxalifətin bu vaxta qədər apardığı siyasətin uğursuzluğunun səbəblərinin aradan qaldırılması istiqamətində birgə fəaliyyət proqramın hazırlansın”. A. Şahbazov əməkdaşlıq mərkəzi ilə bağlı onlara rəsmi müraciətin edilmədiyini, bu məsələnin yalnız söhbət səviyyəsində olduğunu vurğulayıb: “Buna görə konkret mövqe ortaya qoya bilməmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR