Bank Of Baku

Həsən Kərimov: ““Azadlıq” bloku fəaliyyətini dayandırmayıb”

Həsən Kərimov: ““Azadlıq” bloku fəaliyyətini dayandırmayıb”
# 03 sentyabr 2008 14:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. ““Azadlıq” blokunun rəhbərləri Sədrlər Şurasının iclaslarını partiya sədrlərinin evlərində keçirməyə məcbur olublar. Uzun müddətdir ki, bu toplantılar məhz ayrı-ayrı partiyaların rəhbərlərinin evində təşkil olunur”. Blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, blok fəaliyyətini dayandırmayıb, sadəcə, keçirilən iclaslar, qəbul edilən qərarlar barədə mətbuata məlumat verilmir. H. Kərimov uzun müddətdir ki, bloka üzv olan partiyaların qərargahsız fəaliyyət göstərdiyini və ötən vaxt ərzində uyğun ofis tapa bilmədiklərini qeyd edib: “Biz hələ də ofis axtarışındayıq. Amma belə bir yer tapa bilmədik. Hətta bir müddət üzvlərdən pul yığıb ofis almaq fikrində idik. Amma sonradan üzvlərin maddi imkanlarını nəzərə alıb bu fikirdən daşındıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR