Bank Of Baku

Oruc Zalov: “Azərbaycanda heç bir məscidin fəaliyyətinə qadağa qoyulmayıb”

Oruc Zalov: “Azərbaycanda heç bir məscidin fəaliyyətinə qadağa qoyulmayıb”
# 03 sentyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Azərbaycanda dini tolerantlıq mühiti mövcuddur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə daxili işlər nazirinin müavini Oruc Zalov verib. Onun sözlərinə görə, Azərbaycanda hər hansı məscidin fəaliyyətinin təqib edilməsi faktı mövcud deyil: “Bütün məscidlər normal şəkildə fəaliyyət göstərir. Biz heç kəsin fəaliyyətinə qadağa qoymamışıq. Amma dindarlar öz ibadətlərini küçələrdə yerinə yetirərsə və bununla piyadaların hərəkətinə maneçilik törətmiş olarsa, o zaman hüquq-mühafizə orqanlarının əməkdaşları bu prosesə müdaxilə edə bilər”. Oruc Zalov vəhhabi təriqətindən olan şəxslərin polis şöbələrinə gətirilərək saqqalının qırxılması barədə iddiaları uydurma adlandırıb. O, “Əbu Bəkr” məscidində baş verən partlayışla bağlı təhlükəsizlik baxımından bəzi tədbirlərin görüldüyünü və bu tədbirlərin nəticələrinin dünən açıqlandığını bildirib: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, qonşu Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda tam sabitlikdir və cəmiyyətin bütün üzvləri, o cümlədən media nümayəndələri bu sabitliyi qorumalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR