Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətin ciddi koalisiya yaratması nəzərdə tutulmur”

Sərdar Cəlaloğlu: “Müxalifətin ciddi koalisiya yaratması nəzərdə tutulmur”
# 03 sentyabr 2008 14:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycan Demokrat Partiyası müxalifət partiyalarının birgə bəyanatına qoşulmamaq məsələsində heç kimdən tapşırıq almayıb. Belə mövqe tutmağımızın ciddi əsasları var”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu rəhbərlik etdiyi partiyaya qarşı “Azadlıq” bloku və Müsavat Partiyası tərəfindən irəli sürülən ittihamlara cavab verərkən deyib. Onun sözlərinə görə, əslində müxalifətin ciddi bir koalisiya yaratması nəzərdə tutulmur: “Bu, funksional əməkdaşlıqdır. Yəni bir bəyanat imzalanacaq və iş bununla qurtaracaq. Ortada olmayan bir şeyə görə bizi ittiham etmək absurddur. Digər tərəfdən bu gün regionda gedən hadisələrin ölkəmiz üçün təhlükəli olduğunu və bundan əvvəl seçkilərin nəticələrinə görə Qərbin Azərbaycan iqtidarına təzyiqinin demokratik vəziyyətin daha da pisləşməsini nəzərə alaraq seçkilərin nəticəsinə fərqli yanaşacağıq. Yəni vacib deyil ki, hansısa partiya seçkilərin legitimliyini və ya qeyri-legitimliyini tanısın. Seçki prosesi başa çatmayana qədər seçkilərin nəticələrinə qiymət vermək gülüncdür”. S. Cəlaloğlu bildirib ki, o tərəf-müqabillərini dəfələrlə açıq müzakirəyə dəvət edib: “Amma ciddi arqumentləri olmadığına görə hər vəchlə bizimlə dialoqdan qaçırlar. Onların bizə qarşı səsləndirdiyi fikirlər gülünc, avantüradan başqa bir şey deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR