Bank Of Baku

Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 04 sentyabr 2008 07:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 3-də saat 08.20-dən 08.25-dək və 22.30-dan 23.00-dək Ermənistan Respublikası İcevan və Berd rayonlarının Azatamut, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi və Tovuz rayonun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, sentyabrın 3-də saat 20.20-dən 20.40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 00.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 4-də saat 00.25-dən 00.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.15-dən 01.30-dək Tərtər rayonunun Seysulam kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.30-dan 06.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR