Bank Of Baku

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
# 04 sentyabr 2008 07:26 (UTC +04:00)
Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif səviyyələrdə uğurla inkişaf etməsindən məmnun olduqlarını bildirib, yüksək səviyyədə qarşılıqlı səfərlərin, o cümlədən Prezident Dmitri Medvedevin Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Prezidentlər ikitərəfli münasibətlərin gələcəkdə də möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər. Telefon söhbəti zamanı beynəlxalq məsələlər, regionda vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR