Bank Of Baku

AXCP Ali Məclisinin yeni sədri qurumun növbəti toplantısında seçiləcək

AXCP Ali Məclisinin yeni sədri qurumun növbəti toplantısında seçiləcək
# 04 sentyabr 2008 11:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin yeni sədri qurumun növbəti toplantısında müəyyənləşəcək. Bu barədə APA-ya partiya sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, Qulamhüseyn Əlibəylinin partiyadan istefa verməsindən sonra Ali Məclis sədri postu boş qalıb.

H. Kərimov yeni sədrin Ali Məclisin üzvləri tərəfindən seçiləcəyini bildirib: “Partiyada bu qurumun sədrliyinə layiq şəxslər var. Amma hələlik bu barədə nə Sədr Aparatında, nə də Rəyasət Heyətində müzakirələr aparılıb. Çünki bu, Ali Məclisin səlahiyyətində olan məsələdir. Məclisin iclasını keçirmək üçün yer olmadığından bu problemin həlli bir qədər ləngiyir. Yaxın vaxtlarda Məclis toplanacaq və bu məsələ həll olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR