Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın sıralarının genişləndirilməsi məqsədilə danışıqlar aparılır

Demokratiya Uğrunda İttifaqın sıralarının genişləndirilməsi məqsədilə danışıqlar aparılır
# 14 noyabr 2008 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Dörd müxalifət partiyasının birləşdiyi Demokratiya Uğrunda İttifaqın (DUİ) genişləndirilməsi məqsədi ilə bir sıra müxalifət partiyaları ilə danışıqlar başlayıb. Bu barədə APA-ya ittifaqın üzvü olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, aparılan danışıqlar nəticəsində hələlik konkret nəticə əldə olunmayıb. M. Mirəlioğlu bildirib ki, ittifaqın genişləndirilməsində əsas məqsəd müxalifətin daha geniş birliyinin yaradılması və qarşıdan gələn seçkilərdə birgə iştirak etməkdir. Partiya sədri danışıqlar aparılan partiyaların adlarını açıqlamayıb.

Partiyadan APA-ya verilən məlumata görə isə bu danışıqlar hazırda Azərbaycan Milli İstiqlal Partiyası ilə aparılır. AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov DUİ-nin üzvü olan partiyalarla bu məsələ ətrafında danışıqların aparıldığını bildirib. Onun sözlərinə görə, yaxın zamanda danışıqların yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, DUİ-də KXCP, Böyük Azərbaycan Partiyası, Azadlıq Partiyası, Milli Demokrat Partiyası təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR