ABŞ və İran arasında danışıqlar davam edir.
"Sky News" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, İran ABŞ-la əlaqələri davam etdirir və razılaşma əldə etmək istəyir.
Livitt bunu İranın "ağır zərbələrə məruz qalması" ilə əlaqələndirib.
Ağ Evin sözçüsü bildirib ki, ABŞ-ın son hərbi əməliyyatları İranın tərəflər arasında imzalanmış Anlaşma Memorandumunu pozmasına cavab olaraq həyata keçirilib.
Livitt iddia edib ki, İran Hörmüz boğazında kommersiya gəmilərinə hücum edib.
O əlavə edib ki, Prezident Donald Tramp diplomatik həll yoluna açıq qalmaqda davam edir.