Bank Of Baku

Milli Məclisin nümayəndə heyəti Küveytə səfər edəcək

Milli Məclisin nümayəndə heyəti Küveytə səfər edəcək
# 14 noyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputatlar Fuad Muradov və Çingiz Əsədullayev noyabrın 16-dan 21-dək Küveytdə səfərdə olacaqlar. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər Korrupsiyaya qarşı parlamentarların qlobal təşkilatının III konfransında iştirak etmək məqsədi ilə həyata keçirilir. Konfransda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasının effektiv tətbiqi və nəzarəti sahəsində parlament üzvlərinin rolu, təşkilatın 2006-cı ildə keçirilmiş konfransından sonrakı dövrdə fəaliyyəti, bu sahədə iş aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR