Bank Of Baku

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

Qoşunların təmas xəttində monitorinq keçiriləcək
# 17 noyabr 2008 07:23 (UTC +04:00)
Bakı – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 19-da Azərbaycan Respublikasının Tovuz rayonunun Muncuqlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çountulov və İrci Aberle keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR