Bank Of Baku

Məzahir Pənahov Brüsselə səfər edəcək

Məzahir Pənahov Brüsselə səfər edəcək
# 17 noyabr 2008 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa seçki idarəetmə qurumlarının V konfransında iştirak etmək üçün Belçikaya gedəcək. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfrans Avropa Şurasının Venesiya Komissiyası tərəfindən Belçikanın Daxili İşlər Nazirliyi ilə birgə təşkil olunacaq və noyabrın 20-21-də keçiriləcək. Avropa ölkələrinin seçki qurumlarının və bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak edəcəyi tədbirin gedişində seçkilərlə bağlı məsələlər müzakirə olunacaq. Səfər zamanı M. Pənahovu MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR