Bank Of Baku

Azərbaycanın sol təmayüllü partiyaları arasında müzakirələr keçirilib

Azərbaycanın sol təmayüllü partiyaları arasında müzakirələr keçirilib
# 17 noyabr 2008 12:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın sol təmayüllü 3 siyasi partiyası arasında əməkdaşlıqla bağlı ilkin müzakirələr keçirilib. Azərbaycan Kommunist Partiyasından (AKP) APA-ya daxil olan məlumata görə, görüşdə AKP (marksizm-leninizm platformasında) sədri Telman Nurullayev, Azərbaycan Sosialist Partiyasının (trotskizm platformasında) sədri Rüstəm Şahsuvarov və Azərbaycan Sosialist Partiyasının (ASP) sədri Elşən Həsənov iştirak ediblər. Qərara alınıb ki, R. Şahsuvarov və E. Həsənovun rəhbərlik etdikləri partiyaların adları ideoloji platformalarının fərqi nəzərə alınmaqla aşkar fərqləndirilsin və bu məsələdə qarışıqlığa yol verilməsin. Görüşdə ASP bir müddət əvvəl yaradılmış Azərbaycanın Sol Qüvvələrinin Əlaqələndirmə Şurasına qoşulmaq təklifi alıb. Şura hazırda dörd partiyanı - AKP, ASP, Azərbaycan Vahid Kommunist Partiyası və Azərbaycan Kommunist Partiyasını (rəhbəri Rauf Qurbanov) birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR