Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri Türkiyəyə səfər edəcək

Azərbaycan Milli Məclisinin sədri Türkiyəyə səfər edəcək
# 17 noyabr 2008 16:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov hər iki xalqın tarixində ortaq məsələlərin müəyyənləşdirilməsində adıçəkilən Fondun fəaliyyətinin təqdirə layiq olduğunu deyib: “Fond “erməni problemi”nin həlli yolunun araşdırılmasına öz layiqli töhfəsini verir.
Taleyüklü məsələlərin həllində Azərbaycan və türk diasporlarının həmrəyliyi mühüm əhəmiyyət kəsb edir. Onların siyasi əhəmiyyətli məsələlərdə eyni mövqedən çıxış etməsi çox önəmlidir”.

O. Əsədov türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılmasını yüksək dəyərləndirərək yaxın günlərdə bu məsələ ilə əlaqədar Türkiyəyə səfər edəcəyini diqqətə çatdırıb.

ATAF Himayəçilər Şurası sədrinin müavini Ahmet Erentok Fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, qeyri-hökumət təşkilatı kimi yaradılan Fond tarixi həqiqətlərin araşdırılmasında uydurma “erməni soyqırımı” ideyasının ifşasında əhəmiyyətli rol oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR