Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiasına noyabrın 20-də baxılacaq

Müxalifətin Əməkdaşlıq Mərkəzinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiasına noyabrın 20-də baxılacaq
# 18 noyabr 2008 10:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə iddiasına noyabrın 20-də baxılacaq. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, ilk məhkəmə iclası noyabrın 17-nə təyin edilsə də, şəhər İcra Hakimiyyətinin nümayəndəsi prosesə qatılmadığından iclas təxirə salınıb.

Qeyd edək ki, Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar sentyabrın 28-də paytaxtın mərkəzində yerləşən bir neçə meydanda mitinq keçirmək istəsələr də, şəhər rəhbərliyi aksiyanın Bibiheybət stadionunda keçirilməsinə razılıq vermişdi. Müxalifət partiyaları isə həmin məkanda mitinq keçirməkdən imtina etmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR