Bank Of Baku

Rauf Qurbanov: “Azərbaycanda sol təmayüllü partiyaların blokunun təsisçilərinin sayının artırılmasına ehtiyac yoxdur”

Rauf Qurbanov: “Azərbaycanda sol təmayüllü partiyaların blokunun təsisçilərinin sayının artırılmasına ehtiyac yoxdur”
# 18 noyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda sol təmayüllü partiyaların blokunun təsisçilərinin sayının artırılmasına ehtiyac yoxdur və biz danışıqlar formatını dəyişmək fikrində də deyilik. Rüstəm Şahsuvarovun yaratmaq istədiyimiz quruma üzv olmaq cəhdləri və bu barədə avantürist açıqlaması isə yalnız onun özünə qarşı çevrilə bilər”. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov APA-ya açıqlamasında bildirib ki, müzakirələr AKP (marksizmi-leninizm platformasında ), Azərbaycan Sosialist Partiyası (ASP), Vahid Azərbaycan Kommunist Partiyası (VAKP) və onun təmsil etdiyi qurum arasında aparılır. R. Qurbanov R. Şahsuvarovu mətbuata həqiqətə uyğun olmayan məlumatlar ötürməkdə də ittiham edib: “Rüstəm Şahsuvarov ötən gün mətbuata verdiyi məlumatda Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovla görüşdüyünü və burada blokda təmsilçilik məsələsinin müzakirə olduğunu iddia edib. O, həmişəki kimi avantürist hərəkətlərindən əl çəkmir və onun göstərdiyi bu kimi cəhdlərin hər biri uğursuzluqla nəticələnəcək”. Onun sözlərinə görə, qurumun ciddi əsasnaməsi olacaq və əsasnaməyə uyğun olmayan partiya üzv qəbul olunmayacaq: “Onun partiya adlandırdığı təşkilatda isə özündən başqa heç kim təmsil olunmur”. ASP sədri Elşən Həsənov isə deyib ki, sədri olduğu partiya 10 il öncə yaradılıb. Lakin R. Şahsuvarov dəqiqləşmə aparmadan bu addan istifadə edib: “Onunla ötən gün keçirdiyimiz görüş ancaq bununla bağlı olub. Görüşdə o söz verib ki, bundan sonra partiyanın adının qarşısında trotskizm sözü yazılacaq”. E. Həsənov sol təmayüllü partiyaların ittifaqının yaradılması üçün aparılan müzakirələr formatının genişləndirilməsi ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını da söyləyib. Rüstəm Şahsuvarov isə ittihamları cavablandırmayıb və yalnız bildirib ki, həmin birlikdə təmsil olunması ilə bağlı təklif dünən keçirilən görüşdə səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR