Bank Of Baku

Rauf Qurbanov Rusiya Federasiya Kommunist Partiyasının (RFKP) XIII qurultayında iştirak edəcək

Rauf Qurbanov Rusiya Federasiya Kommunist Partiyasının (RFKP) XIII qurultayında iştirak edəcək
# 18 noyabr 2008 11:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Rusiya Federasiya Kommunist Partiyasının (RFKP) XIII qurultayında və Kommunist Partiyaları İttifaqının konfransında iştirak etmək üçün noyabrın 29-dan dekabrın 5-dək Moskvada səfərdə olacaq. AKP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı R. Qurbanovun RFKP-nın sədri Qennadi Züqanovla, Avropa və Cənubi Amerikanın kommunist partiyalarının rəhbərləri, o cümlədən Rusiya Dövlət Dumasının kommunist fraksiyasından olan deputatlarla görüşləri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR