Bank Of Baku

AXCP növbəti qurultayını ilin sonuna kimi keçirməyi planlaşdırır

AXCP növbəti qurultayını ilin sonuna kimi keçirməyi planlaşdırır
# 18 noyabr 2008 11:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti qurultayını bu ilin sonuna kimi keçirmək niyyətindədir. Partiyanın sədr müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə yerli təşkilatların konfranslarının keçirilməsi işi sürətləndirilib. H. Kərimov konfransların keçirilməsi üçün yerlərdə icra orqanları tərəfindən müvafiq zalların ayrılmadığını və buna görə də konfransların mənzillərdə keçirildiyini deyib: “Bu günə qədər 20-dən artıq rayon təşkilatının konfransı keçirilib və qısa müddətdə bu işi yekunlaşdıracağıq. Konfranslar başa çatan kimi Ali Məclis və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası çağırılacaq və qurultayın vaxtı dəqiqləşəcək. Biz bu ilin sonuna kimi qurultayı keçirməyə çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR