Bank Of Baku

Milli Məclis Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsini noyabrın 25-də təsdiqləyəcək

Milli Məclis Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsini noyabrın 25-də təsdiqləyəcək
# 18 noyabr 2008 14:57 (UTC +04:00)
Onlardan bəzisi seçildiyi bölgənin problemləri ilə bağlı məsələnin həllini büdcə xərclərinə daxil etmək istəyirdi. Lakin belə olduqda, büdcənin pərsəngi pozular”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli deyib. Komissiya sədri bildirib ki, büdcə məxariclə mədaxili bir-birinə bağlamalıdır. H. Rəcəblinin sözlərinə görə, gələn ilin büdcəsində təhsilə ayırmalar orduya ayırmalardan artıq olub: “Bu da təbiidir. Çünki bu gün prioritet təhsildir”.
H. Rəcəbli deyib ki, 2009-cu ilin büdcə xərcinin bütövlükdə son bir neçə ilin büdcə xərcindən 11 faiz artıq olmasına baxmayaraq, sosial sahəyə artımlar çoxalıb: “Bu baxımdan deputatların fərdi qaydada təklifi ilə büdcə xərcini artırmaq düz deyil”.

H. Rəcəbli 2009-cu ilin dövlət büdcəsi müzakirə olunarkən konstruktiv təkliflərin də səsləndiyini deyib: “Bu sırada ilk yeri ipoteka kreditləri ilə bağlı təkliflər tutur. İpoteka kreditinin həcmi artmayacaq, çünki əvvəlki illərdəki ipoteka kreditlərinin faizi toplanmalıdır. Bir sözlə, təkliflər əsasında kəskin artımların olacağı gözlənilmir. Səhv etmirəmsə, artım Dövlət Sosial Müdafiə Fondunun büdcəsində gözlənilir. Bu fondun büdcəsində sanatoriya və kurortlarda insanların müalicəsi üçün ayrılan vəsaitin artırılacağını proqnozlaşdırmaq olar. Bu məbləğ təxminən 200 min manat həcmində olacaq”.

Komissiya sədri deyib ki, gələn ilin büdcəsində yaşayış minimumunun 84, pensiyaların baza hissəsinin 80, orta aylıq əmək haqının isə 353 manat olacağı əksini tapıb: “İndi orta aylıq əmək haqı 277 manat civarındadır”.

H. Rəcəbli gələn ilin dövlət büdcəsinin təsdiqlənmək üçün Milli Məclisin noyabrın 25-də keçiriləcək iclasına təqdim ediləcəyini deyib.

Qeyd edək ki, 2009-cu il Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat həcmində proqnozlaşdırılır. Bu göstəricilər 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR