Bank Of Baku

Nəsib Nəsibli: “Parlamentdə Gürcüstandakı azərbaycanlıların vəziyyətinə dair dinləmələr keçirilməlidir”

Nəsib Nəsibli: “Parlamentdə Gürcüstandakı azərbaycanlıların vəziyyətinə dair dinləmələr keçirilməlidir”
# 19 noyabr 2008 08:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Gürcüstanda azərbaycanlıların problemləri getdikcə ciddiləşir. Bu məsələ ilə əlaqədar Milli Məclisdə dinləmələrin keçirilməsinə və prezidentə müraciət edilməsinə ehtiyac var”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Nəsib Nəsibli deyib. O bildirib ki, bununla bağlı Azərbaycan parlamentində dəfələrlə çıxışları olub və sonuncu dəfə irəli sürdüyü təklif qəbul olunub: “Ancaq problemlə bağlı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komissiyasında müzakirələrə başlanılmayıb. Gürcüstanda azərbaycanlılarla bağlı çox dramatik hadisələr baş verir. Narazılıq yaradan addımlar atılır. Təəssüf ki, bizim parlament üçün dinləmələr aparmaq xarakterik hal deyil. Əgər müvafiq dövlətlərin təzyiqindən qorxursunuzsa, toplantını qapalı keçirək. Amma bilinsin ki, filan məsələ müzakirə olundu”. O, parlamentin deputatlarından ibarət qrupun Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə səfər etməsinə ehtiyac olduğunu da qeyd edib: “Əgər orada azərbaycanlıların sayı azalırsa, vəziyyətləri müsbətə doğru irəliləmirsə, bu, təhlükə hesab olunmalıdır. Bunun dövlət siyasəti olmadığını güman etmək sadəlövhlük olardı. Orada baş verənlərin Gürcüstan hökumətinə birbaşa aidiyyəti var”. Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikoloz Natbiladze isə Gürcüstandakı azərbaycanlıların problemləri ilə bağlı deyilənləri inkar edib. O bildirib ki, onlarda belə faktlar yoxdur: “Mətbuat belə məsələlər haqda yaza bilər. Əsas faktdır. Məndə isə bu haqda rəsmi informasiyalar yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR