Bank Of Baku

2009-cu ilin dövlət büdcəsi qəbul edildikdən az sonra “Təhsil haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq

2009-cu ilin dövlət büdcəsi qəbul edildikdən az sonra “Təhsil haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq
# 19 noyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Mən “Təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılmasında heç bir problem görmürəm. Müzakirələrin gecikməsini kiminsə adına yazmaq düz deyil. Milli Məclisin qanunu müzakirəyə çıxarmağa gücü çatmadığı isə boş söhbətdir. Sadəcə, dövlət büdcəsinin müzakirəsi getdiyindən belə vəziyyət yaranıb”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev deyib. Komissiya sədri bildirib ki, 2009-cu ilin dövlət büdcəsi qəbul edildikdən az sonra parlament “Təhsil haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq. Ş. Hacıyev sənədin parlamentin payız sessiyasında ikinci oxunuşda müzakirəyə çıxarılacağına əmin olduğunu deyib: “Uzağı büdcə qəbul ediləndən iki iclas sonra sənəd parlamentdə müzakirəyə çıxarılacaq”.

Komissiya sədrinin sözlərinə görə, bu yaxınlarda prezident İlham Əliyev də “Təhsil haqqında” qanun layihəsinə toxunaraq sənədin yaxın gələcəkdə qəbul ediləcəyini bildirib: “Dövlət başçısı təhsil sahəsi ilə bağlı iki sərəncam imzalayıb. Bunlardan biri ali təhsilin Avropa məkanına inteqrasiyası, digər isə elmin konsepsiyası ilə bağlıdır. Hər iki sənəd artıq hazırdır. Bu sənədlərdə bəzi müddəalar var ki, təhsil qanunu ilə mütləq uzlaşmalıdır. Müzakirələrin ləngiməsinin yeganə obyektiv səbəbi bu ola bilər. Mən hər iki komissiyanın tərkibindəyəm. Bilirəm ki, hər iki konsepsiyada nəzərdə tutulan bütün müddəalar “Təhsil haqqında” qanun layihəsində öz əksini tapıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR