Bank Of Baku

“Səttarxan hərəkatı və onun Güney Azərbaycana təsiri” mövzusunda dəyirmi masa keçirilib

“Səttarxan hərəkatı və onun Güney Azərbaycana təsiri” mövzusunda dəyirmi masa keçirilib
# 19 noyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və “Dalğa” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə “Səttarxan hərəkatı və onun Güney Azərbaycana təsiri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, AMİP-in qərargahında keçirilən tədbirdə siyasi partiyaların təmsilçiləri və tarixçilər iştirak edib. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov Səttarxan hərəkatının Azərbaycan tarixində əhəmiyyətli yer tutduğunu, bu hərəkatın güneydə yaşayan azərbaycanlıların oyanışına təkan verdiyi bildirib.

GAMOH-un Bakı ofisinin rəhbəri Ağrı Qaradağlı hərəkatın 94-cü ildönümünün tamamlandığını, hər il bu ildönümün İran Azərbaycanında böyük izdihamla qeyd olunduğunu bildirib: “Amma hər dəfə İran rejimi bu tədbirlərin qarşısını almağa çalışır”.

“Dalğa” Gənclər Hərəkatının üzvü Ramin Hacı təmsil etdiyi qurumun Güney Azərbaycan məsələsində millətçi mövqe tutduğunu və digər məsələlərdə liberal dəyərlərə üstünlük verdiklərini qeyd edib. O, “Dalğa”nın daxilində Güney Azərbaycan komissiyasının yaradıldığını açıqlayıb.

Millət vəkili Fazil Qəzənfəroğlu da Səttarxan gününün əhəmiyyətini vurğulayıb: “Səttarxan Azərbaycan xalqı üçün ilk modern qəhrəman tipidir. O, insan azadlıqları və bu kimi şüarları irəli sürən bir lider idi. Ona görə də mən düşünürəm ki, Səttarxan Azərbaycanın şimalı və cənubunun birləşə biləcəyi bir obrazdır”.

Tədbirdə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və digər iştirakçılar da çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR