Bank Of Baku

MSK sədri Məzahir Pənahov Belçikaya gedib

MSK sədri Məzahir Pənahov Belçikaya gedib
# 19 noyabr 2008 10:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa seçki idarəetmə qurumlarının V konfransında iştirak etmək üçün Belçikaya gedib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, noyabrın 20-də başlayacaq konfransda Avropa ölkələrinin seçki qurumlarının və bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirdə seçkilərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq. M. Pənahovu MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR