Bank Of Baku

Əli Əhmədov ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin direktoru ilə görüşüb

Əli Əhmədov ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin direktoru ilə görüşüb
# 19 noyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin direktoru Arien de Volfu qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə MDİ ilə YAP arasında əməkdaşlığın mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həyata keçirilən birgə layihələrin səmərəliliyi qeyd olunub. Arien de Volf iki tərəf arasında əlaqələrin daha da dərinləşdirilməsi və birgə layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR