Bank Of Baku

Azərbaycan prezidenti Şüvəlan qəsəbəsində ticarət mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Şüvəlan qəsəbəsində ticarət mərkəzinin açılışında iştirak edib
# 19 noyabr 2008 12:22 (UTC +04:00)
Bakı – APA. Noyabrın 19-da Bakının Şüvəlan qəsəbəsində “Şüvəlan Park” ticarət mərkəzinin açılışı olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdikdən sonra ticarət mərkəzi ilə tanış olub. Prezidentə məlumat verilib ki, “Paşa İnşaat” şirkəti tərəfindən tikilmiş, ümumi ərazisi 15 min kvadratmetr olan mərkəzdə 32 mağaza yerləşir. Burada, əsasən, xarici ölkələrin tanınmış firmalarının istehsalı olan mallar satılacaq.

Mərkəzdə işlə təmin olunacaq 230 nəfərin 90 faizini yerli sakinlər təşkil edəcək. Burada müştərilərə həm də bank, telefon, turizm xidmətləri təqdim olunacaq, aptek, yeməkxanalar, uşaq əyləncə mərkəzi, biznes-klub və s. fəaliyyət göstərəcək. Mərkəzdə yeraltı qaraj da tikilib.

Dövlət başçısı mərkəzi gəzib, paytaxtın ətraf qəsəbələrində bu cür ticarət obyektlərinin tikilməsini yüksək qiymətləndirib, müasir standartlara cavab verən mərkəzdə insanların rahat, mədəni şəraitdə işləməsi üçün yaradılmış şəraitdən razılıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR