Bank Of Baku

Həsrət Rüstəmov: “ADP və AXCP-nin cəmiyyətdə oynadığı rol arasında heç bir fərq yoxdur”

Həsrət Rüstəmov: “ADP və AXCP-nin cəmiyyətdə oynadığı rol arasında heç bir fərq yoxdur”
# 19 noyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bəzi siyasi qüvvələr hələ də korporativ maraqlarından kənara çıxa bilmir. Bu isə müxalifətdaxili birliklərin yaranması, pərakəndəliyin aradan qaldırılmasına çətinlik yaradır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun AMİP və ADP haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, AMİP partiya olaraq digər siyasi qüvvələrlə normal münasibətlər qurmaqda maraqlıdır: ““Azadlıq” bloku ilə hər hansı əməkdaşlığa gəldikdə, biz ciddi siyasi qüvvələrlə əməkdaşlığa üstünlük veririk. Təəssüf edirəm ki, müəyyən qüvvələr müxalifətçilik anlayışının nədən ibarət olduğunu bilmir. Onlara elə gəlir ki, müxalifətçilik qərəzçilik, intriqa, şəxsi maraqların təmini deməkdir. Bu baxımdan da dar düşüncə sahibləri bu və ya digər şəkildə əsassız olaraq digərlərini ittiham edirlər. Şəxsi intriqanı siyasi müstəviyə gətirmək istəyən qüvvələrlə bir yerdə olmayacağıq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov da H. Kərimovun fikirlərinin əsassız olduğunu deyib. Onun sözlərinə görə, bu gün ADP və AXCP-nin cəmiyyətdə oynadığı rol arasında hər hansı fərq tapmaq mümkün deyil: “Həsən Kərimovun fikirlərində heç bir məntiq yoxdur. Çünki ADP-nin ictimai-siyasi hadisələrə münasibəti ilə özünü radikal adlandıran AXCP-nin münasibəti bir birindən fərqlənmir. Bizim yanaşmamız isə situasiyaya uyğundur. Əgər bunu səhv hesab edirlərsə, öz işləridir. Onlar bəzən özlərini müxalifətin ideoloqları, ekspertləri kimi, bəzən də başqa partiyaların fəaliyyətinə qiymət verən, daha üstün mövqedə olan adamlar kimi təqdim edirlər. Bu isə tamamilə səhv yanaşmadır. Onların buna nə mənəvi haqları, nə də hüquqi statusları var”.

Qeyd edək ki, H. Kərimov APA-ya açıqlamasında AMİP və ADP-nin müxalifətin nəzərdə tutulan yeni birliyinə qoşulmasını mümkünsüz hesab edib: “AMİP və ADP müxalifət mövqeyindən geri çəkilmiş partiyalardır, AXCP onlarla hər hansı əməkdaşlığı mümkün saymır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR