Bank Of Baku

ABŞ-ın İslam Konfransı Təşkilatındakı nümayəndəsi Azərbaycana səfər edəcək

ABŞ-ın İslam Konfransı Təşkilatındakı nümayəndəsi Azərbaycana səfər edəcək
# 19 noyabr 2008 16:29 (UTC +04:00)
Elbrus Seyfullayev- APA. ABŞ-ın İslam Konfransı Təşkilatındakı nümayəndəsi Sado Kumber noyabrın 21-də Azərbaycana səfər edəcək. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sado Kumberin səfərində məqsəd Azərbaycandakı dini durumla maraqlanmaqdır. Səfər zamanı o, ölkənin yüksək rütbəli rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmalar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək. S. Kumberin keçirdiyi görüşlərdə “Əbu Bəkr” məscidi ətrafında yaranmış vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR