Bank Of Baku

“Azərbaycan 21-ci əsrdə: uğur strategiyası” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan 21-ci əsrdə: uğur strategiyası” mövzusunda dəyirmi masa keçirilib
# 20 noyabr 2008 08:30 (UTC +04:00)
APA-nın xəbərinə görə, Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin, Avrasiya Tədqiqatlar İnstitutunun və Rusiya İnkişaf Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya prezidentinin Regionlararası və mədəniyyətlərarası əlaqələr idarəsinin rəisi Sergey Vinokurov da iştirak edib. S. Vinokurov çıxışında Azərbaycanı stabil və dinamik inkişaf edən ölkə adlandırıb. O, son illər Azərbaycanda yeni iş yerlərinin açıldığını, proqressiv texnologiya və idarəçilik metodlarının tətbiq olunduğunu bildirib. S. Vinokurov millətlərarası və dinlərarası anlaşma üçün münbit mühit yaranan Azərbaycanın regionda vacib rola malik, qlobal səviyyədə ciddi tərəfdaş olduğunu vurğulayıb.

Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə çıxışında son illərdə Azərbaycanın siyasi və iqtisadi sahədə əldə etdiyi uğurlar barədə danışıb.

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə əlaqələr üzrə Komitəsinin sədri Aleksey Ostrovski oktyabrın 30-da Azərbaycanın MDB-yə üzv olmasının 15 illiyinin tamamlandığını xatırladaraq Rusiya-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələyə keçildiyini söyləyib.

Qeyd edək ki, tədbirdə Gürcüstan, Qazaxıstan və İran nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR