Bank Of Baku

Azərbaycan dövlət başçısı Asiya İnkişaf Bankının prezidentini qəbul edib

Azərbaycan dövlət başçısı Asiya İnkişaf Bankının prezidentini qəbul edib
# 20 noyabr 2008 12:20 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 20-də Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kurodanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanda sürətli iqtisadi inkişafın şahidi olduğunu deyən qonaq xüsusilə Bakının onda xoş təəssürat doğurduğunu bildirib: “Tam əminəm ki, rəhbərliyiniz altında iqtisadiyyatınızın sürətli inkişafı bundan sonra da davam edəcək. Ümidvaram ki, Azərbaycanda düzgün iqtisadi idarəetmə və neft gəlirlərindən səmərəli istifadə gələcək inkişaf üçün yeni imkanlar açacaq”.

Öz növbəsində, dövlət başçısı Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda yüksək inkişafa nail olunduğunu bildirib. Prezident qeyd edib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dünyadakı maliyyə böhranının ölkə əhalisinə təsiri bilavasitə hiss edilməyib. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra proqramların uğurla həyata keçirildiyini deyən dövlət başçısı bu layihələrin davam etdiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR