Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Müxalifətin yeni birliyinin yaradılması ilə bağlı danışıqlar ilin sonuna kimi yekunlaşacaq”

Mirmahmud Mirəlioğlu: “Müxalifətin yeni birliyinin yaradılması ilə bağlı danışıqlar ilin sonuna kimi yekunlaşacaq”
# 20 noyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifətin yeni birliyinin yaradılması ilə bağlı danışıqları bu ilin sonuna kimi yekunlaşdırmağı nəzərdə tutmuşuq. Ən azından növbəti ilə yeni birliklə hazır vəziyyətdə qədəm qoymağı düşünürük”. Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının bu barədə mətbuata məlumat verdiyini xatırladan M. Mirəlioğlu məsələ ilə bağlı indidən geniş məlumatın verilməsinə ehtiyacın olmadığını qeyd edib: “Bir sıra məsələlər var ki, onların mətbuata hələlik açıqlanmaması nəzərdə tutulub. Amma bu proses kifayət qədər tez yekunlaşacaq. Amma bəzi şəxslər var ki, onlar bu məsələdə tələsməməyi məsləhət görürlər”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov da təmsil etdiyi partiyanın Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalarla danışıqlar apardığını qeyd edib: “Biz bu münasibətlərin davam etməsində maraqlıyıq. Milli maraqlara uyğun addımlar olacaqsa, o zaman digər partiyalarla əməkdaşlıq edəcəyik”.

A. Hacılının bu danışıqların Azərbaycan Demokrat Partiyası ilə də aparılması barədə fikirləri isə öz təsdiqini tapmayıb. ADP sədrinin müavini Həsrət Rüstəmov APA-ya bildirib ki, prezident seçkilərindən əvvəl Sərdar Cəlaloğlu və İsa Qəmbər arasında bu barədə müzakirə aparılıb: “Bu müzakirələr ümumilikdə müxalifətin inteqrasiyası barədə olub. Amma sonra ortaya bəzi problemlər çıxdı və bu proses davam etdirilmədi. Ona görə də bu gün hər hansı müzakirə getmir. Amma müxalifət növbəti bələdiyyə və parlament seçkilərində koalisiya yaratmaq şansını itirməyib.”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR